Muğlada inanılmaz bir ailə dramı DNT testi nəticəsində ortaya çıxıb.
News24.az milli.az-a istinadla xəbər verir ki, 50 yaşlı Berrin N. illərdir atası kimi tanıdığı Mahir A.-nın əslində bioloji atası olmadığını, Mahir A.-nın isə onun həqiqi atasını - Mustafa Uyanıkı öldürdüyünü öyrənib.
Belə ki, illər əvvəl evli olan Fatma .A(Berrinin anası), Akyakanın ən varlı şəxslərindən biri - məhəllə muxtarı Mustafa Uyanıkla gizli eşq yaşayıb. Bu münasibətdən Berrin N. dünyaya gəlsə də, Fatma A. rəsmi həyat yoldaşı Mahir A.-nın adına qeydiyyata saldırıb.
1982-ci ildə Mahir A. həyat yoldaşı və Mustafa Uyanıkı meşəlik ərazidə yaxaladıqdan sonra hər ikisini güllələyib. Mahir A. həbs olunsa da, bir müddət sonra azadlığa buraxılıb.
Berrin N. 48 il Mahir A.-nı atası kimi tanıyıb. Lakin bacısı ilə yaşadığı mübahisə nəticəsində öyrəndiyi bir cümlə onun həyatını dəyişib:
"Atamın payını alma, sən atamın varisi deyilsən!"
Bu sözlərdən şübhələnən Berrin N. həqiqəti öyrənmək üçün məhkəməyə müraciət edib. DNT testi Mahir A.-nın bioloji ata olmadığını sübut edib. Bunun üzərinə məhkəmə Mustafa Uyanıkın məzarının açılmasına qərar verib.
Ədliyyə Tibb Təşkilatının apardığı testlər nəticəsində 1 fevral 2025-ci ildə şok həqiqət təsdiqlənib - Berrin N.-nin əsl atası Mahir A.-nın illər əvvəl öldürdüyü Mustafa Uyanık olub.
Bu inanılmaz ailə dramı uzun illər gizli qalan bir sirri açaraq, hər kəsi heyrətə salıb.