AZ

Zelenski nöqtə qoydu: Bu razılaşmanı tanımayacağıq

Ukrayna hakimiyyəti Səudiyyə Ərəbistanında planlaşdırılan danışıqlar barədə heç nə bilmir, danışıqlarda iştirak etməyəcək və onları tanımaq niyyətində deyil.

Sitat.info xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski BƏƏ-də videobrifinq zamanı Rusiya və ABŞ nümayəndələri arasında Ər-Riyadda keçiriləcək görüşü şərh edərkən deyib.

“Ukrayna bu danışıqlarda iştirak etməyəcək. Ukrayna bu barədə heç nə bilmirdi. Ukrayna - Ukrayna ilə bağlı Ukraynasız istənilən danışıqları nəticəsiz danışıqlar kimi qiymətləndirir. Və biz olmadan bizim haqqımızda heç bir şeyi və ya hər hansı razılaşmanı tanıya bilmərik. Biz belə razılaşmaları tanımayacağıq”, - Zelenski bildirib.

Zelenski 19 fevralda Səudiyyə Ərəbistanına edəcəyi səfərin ABŞ və Rusiya nümayəndələrinin Ər-Riyaddakı danışıqları ilə heç bir əlaqəsi olmadığını bildirib.

Seçilən
60
39
sitat.info

10Mənbələr