AZ

İncəsənət Gimnaziyasında təmir işləri niyə dayandırılıb? VİDEO

Təmirə bağlanan incəsənət gimnaziyasının binasında işlər dayandırılıb.

Xezerxeber.az xəbər verir ki, ötən ilin iyun ayından təmirə bağlansa da, Azərbaycan Milli Konservatoriyasının nəzdindəki İncəsənət Gimnaziyasında işlər dayandırılıb.

Valideynlər belə deyir.

Onların sözlərinə görə, növbəti tədris ilində də məktəbin istifadə verilib-verilməyəcəyi sual altındadır.

Gimnaziyadan bildirilib ki, şagirdlərin təhsilləri dayandırılmayıb, onlar 189 və 190 nömrəli məktəblərə köçürülüb. Lakin valideynlərin sözlərinə görə, buradakı təhsil gimnaziyadan fərqlidir. Şagird sıxlığı, eləcə də ikinci növbədə, sinif otaqları boşaldılandan sonra dərslərin keçirilməsi valideynlərin narazılığına səbəb olub. 

Məsələ ilə bağlı Elm və Təhsil nazirliyindən bildirildi ki, İncəsənət Gimnaziyası binasının bərpa-gücləndirilməsi çərçivəsində layihə işlərinin təkmilləşdirilməsi həyata keçirilir. Proses başa çatdıqdan sonra müvafiq sənədlər aidiyyəti dövlət qurumlarına təqdim ediləcək və təsdiq olunduqdan sonra əsaslı təmir işləri davam etdiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
71
3
xezerxeber.az

3Mənbələr