"Turnir cədvəlinin yuxarı pillələrində olan rəqiblərə qarşı daha yaxşı oynayırıq".
İdman.biz xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Vasili Berezutski "Səbail"lə matçdan sonra keçirilən mətbuat konfransında deyib.
Rusiyalı mütəxəssis Misli Premyer Liqasının 23-cü turunda səfərdə qeydə alınan 1:1 hesablı heç-heçəni şərh edib. "Cərimə meydançasına 1-2 dəfə daxil olduq. Amma bunlardan da istifadə edə bilmədik. Süni meydança amili də var. Amma nə olsa da, bu oyunu aktivimizə yaza bilmərik".
Qeyd edək ki, "Sabah" mövsümdə 11-ci dəfə xalları yarıya bölüb.
İdman.biz