AZ

Türkiyədə yeni silah uğurla sınaqdan çıxıb

"Göksur"un ilk atəş testi Sinop sahillərində baş tutub.

Türkiyənin "Göksur" adlı yeni milli və yerli havadan müdafiə sistemi "Aselsan" tərəfindən hazırlanıb.

Operativ Media xəbər verir ki, "Göksur"un ilk atəş testi Sinop sahillərində baş tutub. "Beykoz" gəmisindən həyata keçirilən sınaq uğurlu olub.

Bildirilir ki, yüksək performanslı "Bozdoğan" raketi və ikitərəfli məlumat əlaqəsi vasitəsilə "Göksur" Türkiyə Dəniz Qüvvələrinin ehtiyaclarını tam şəkildə qarşılayacaq.

Bu mühüm müdafiə layihəsi gəmi əleyhinə raketlərdən, silahlı/silahsız pilotsuz uçuş aparatları, döyüş təyyarələri və helikopterlərdən qorumaq üçün nəzərdə tutulub.

Seçilən
25
2
operativmedia.az

3Mənbələr