Bakı. Trend:
Qazaxıstanın Ulıtau vilayətində yerləşən Jomart mədənində şaxtaçökməsi baş verib.
Trend xəbər verirki, bu barədə mədənlərin işlənməsi ilə məşğul olan “Kazakhmys”şirkətlər qrupu məlumat yayıb.
Məlumata görə, fevralın 17-də Ulıtau vilayətinin Janaarkinskirayonunda yerləşən Jomart mədənində qaya çökməsi baş verib. Hadisənəticəsində 7 mədənçi dağıntılar altında qalıb. Kabelin qırılmasısəbəbindən onlarla əlaqə yaratmaq mümkün deyil.
Şirkət bildirib ki, hazırda hadisə yerində təcili xilasetməişləri aparılır.