AZ

Braziliyalı futbolçu Qabriel Popo oyundan əvvəl dünyasını dəyişib

Braziliyanın "XV de Jau" klubunun 26 yaşlı futbolçusu Qabriel Popo "Unian Suzano" ilə oyundan bir neçə saat əvvəl məşq bazasında vəfat edib.

Trend xəbər verir ki, bu barədə "XV de Jau"nun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, futbolçuya bütün lazımi tibbi yardım göstərilsə də, onu xilas etmək mümkün olmayıb. Komanda yoldaşı onu otaqda huşsuz vəziyyətdə tapıb. Əvvəlcə klubun həkimləri, daha sonra isə təcili tibbi yardım xidməti futbolçunun həyatını xilas etməyə çalışsa da, səylər nəticəsiz qalıb.

Hadisə ilə bağlı "XV de Jau" və "Unian Suzano" arasında keçirilməsi planlaşdırılan Paulista divizionunun oyunu təxirə salınıb.

Hazırda polis futbolçunun ölüm səbəbini araşdırır.
Seçilən
8
2
sherg.az

3Mənbələr