AZ

Azərbaycan idmançıları 10 medal qazandı

15-16 fevralda Slovakiyanın Samorin şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kubokunda Azərbaycan cüdoçuları 2 qızıl, 2 gümüş və 6 bürünc medal əldə edib.

Futbolpress.az xəbər verir ki, cüdoçular yarışda medal əyarına görə ümumi hesabda 4-cü, oğlanlar arasında isə 2-ci yeri tutub.

İki gün davam edən yarışda Azərbaycan oğlanlar arasında 8 çəki dərəsində 16 cüdoçu ilə təmsil olunub. Cüdoçular turnirin ilk günündə 2 qızıl, 2 gümüş və 2 bürünc medal əldə edib.

Yarışın ikinci günündə -73 kq. çəkidə Səid Şərifov, bürünc, -81 kq. çəkidə Amin Mehdiyev və Abdullah Rəhmətov, +90 kq. çəkidə Sübhan Axundov bürünc medal əldə edib. -73 kq. çəkidə yarışan digər cüdoçumuz Məhəmməd Ağakişiyev 7-ci yeri tutub.

 

Seçilən
29
12
futbolpress.az

10Mənbələr