AZ

Rusiyalı general saxlanıldı

Rusiya Milli Qvardiyasının general-mayoru Konstantin Ryabıx korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində saxlanılıb.

Bu barədə Rusiya Milli Qvardiyasının mətbuat xidməti məlumat yayıb.

"Bu günlərdə Rusiya Qvardiyasının Daxili Təhlükəsizlik Baş İdarəsi Rusiya FTX-nin Uzaq Şərq Təhlükəsizlik İdarəsi ilə birlikdə agentliyin departamentlərindən birinin keçmiş rəisi, general-mayor Ryabıxi saxlayıb. Saxlanma korrupsiya təzahürlərinə qarşı mübarizə tədbirləri zamanı həyata keçirilib", - məlumatda deyilir.

İdarədən onu da qeyd ediblər ki, Rusiya Milli Qvardiyasının direktoru Viktor Zolotovun tapşırığına əsasən bəzi idarələrdə faktların müəyyən edilməsi və korrupsiya cinayətlərinin aradan qaldırılması istiqamətində işlər davam etdiriləcək.

Mənbə: unikal.az

Seçilən
34
1
unikal.az

10Mənbələr