Braziliyanın “XV de Jau” klubunun 26 yaşlı futbolçusu Qabriel Popo “União Suzano” ilə oyundan bir neçə saat əvvəl məşq bazasında dünyasını dəyişib.
“Footboom”un məlumatına görə, futbolçuya bütün lazımi tibbi yardım göstərilsə də, həkimlər gücsüz qalıb.
Mənbənin məlumatına görə, yarımmüdafiəçini otaqda komanda yoldaşı aşkar edib. Futbolçu artıq huşunu itirmişdi.
Əvvəlcə klub həkimləri, sonra isə təcili tibbi yardım işçiləri Qabriel Poponun həyatı üçün mübarizə aparıblar.
Təəssüf ki, futbolçu özünə gəlmədən dünyasını dəyişib.
Hazırda polis futbolçunun ölüm səbəbini araşdırır./publika.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta