AZ

"Beşiktaş" kapitanı ilə yeni müqavilə imzaladı

"Beşiktaş" futbolçusu Necip Uysalla yeni müqavilə imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

34 yaşlı müdafiəçi ilə müqavilə 2027-ci ilin yayınadək nəzərdə tutulub.

N.Uysal 2008-2009-cu illər mövsümündən "Beşiktaş"ın formasını geyinir. Komandanın kapitanı olan Uysal İstanbul təmsilçisi ilə 4 dəfə Superliqanın, 4 dəfə ölkə kubokunun və 2 dəfə Türkiyə Superkubokunun qalibi olub.

Seçilən
15
2
bakivaxti.az

3Mənbələr