AZ

Azərbaycanda bu kəndin su təminatının yaxşılaşdırılmasına 10,4 milyon manat sərf olunacaq

Bakı. Trend:

Zərdab rayonunun Dəkkəoba kəndində əkin sahələrinin su təminatıyaxşılaşdırılacaq.

Trend-in əldəetdiyi məlumata görə, artıq bununla bağlı Azərbaycan Dövlət SuEhtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan ObyektlərinMüdiriyyəti müvafiq işlərə start verib.

Belə ki, qurum hazırda kəndin su təminatını yaxşılaşdıracaqşirkət axtarışındadır

Qurum eyni zamanda sözügedən işlərin icrasını yerinə yetirəcəkşirkətə 10,4 milyon manat vəsait ödəyəcəyini proqnozlaşdırır.

Qeyd edək ki, rayon mərkəzindən 5 kilometr şərqdə yerləşən kəndötən dövrlərdə Kiçik Dəkkə, ən çox isə Məscidli oba adı ilətanınıb. Kəndin 1700-cü illərdə yarandığı söylənilir, adının mənasıisə “dəkkəlilərə məxsus oba” deməkdir. Dəkkəoba əhalisi maldarlıq,yemçilik, taxılçılıq, pambıqçılıq, bostançılıq, meyvəçilik,baramaçılıq, quşçuluq və s. ilə məşğul olur.

Seçilən
51
1
az.trend.az

2Mənbələr