Ədalət Partiyasının sədri İlyas İsmayılov bu gün dəfn olunacaq...
Bu barədə jurnalist Elxan Şükürlü məlumat yayıb.
O bildirib ki, sabiq ədliyyə naziri vəsiyyətinə uyğun olaraq, Nardaran qəbiristanlığında, oğlu Etimad İsmayılovun yanında torpağa tapşırılacaq.
***
Ədalət Partiyasının sədri İlyas İsmayılov vəfat edib.
O, müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində bu gün dünyasını dəyişib.
Xəstəxanadan Oxu.Az-a bildirilib ki, İlyas İsmayılov multiorqan çatışmazlığı səbəbindən vəfat edib.
Qeyd edək ki, İlyas İsmayılov 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1985-90-cı illərdə baş prokuror, 1992-95-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub.
İ.İsmayılov 2001-ci ildən etibarən Ədalət Partiyasına sədrlik edirdi.
Poliqon.info