1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Sosial şəbəkədə itlərin döyüşdürülməsi ilə bağlı görüntülər yayımlanıb.
Oxu.Az xəbər verir ki, Nizami Ramazanov adlı heyvansevər şəxs bununla bağlı video paylaşıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) dərhal reaksiya verilib. Qurumdan Nizami Ramazanova bildirilib ki, araşdırmalara başlanılıb:
"Dostlar paylaşdığım it döyüşləri ilə bağlı olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşları mənimlə əlaqə saxladılar.
Hazırda DİN tərəfindən it döyüşdürən şəxslərin tapılması ilə bağlı araşdırma aparıldığı qeyd olundu".