
Rusiya xarici işlər naziri Sergey Lavrov və Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Rusiya-Amerika danışıqlarında iştirak etmək üçün Səudiyyə Ərəbistanına gəliblər.
Reyting.az-ın məlumatına görə, Yuri Uşakov “Rossiya 24” telekanalına deyib ki, Ər-Riyadda keçiriləcək görüşün əsas məqsədi Moskva ilə Vaşinqton arasında münasibətlərin real normallaşmasına başlamaqdır.
O, Rusiya nümayəndə heyətinin danışıqlara ciddi yanaşdığını vurğulayıb.
E. KAMAL