AZ

Vəkillərin reaksiyasına "Əqrəb mövsümü"nün ssenaristindən CAVAB

"Əqrəb mövsümü" serialının ssenaristi, aktyor Azər Aydəmir Vəkillər Kollegiyasının serial ilə bağlı açıqlamasına münasibət bildirib.

Publika.az xəbər verir ki, aktyor fikirlərini "Facebook" sosial media hesabında bölüşüb:

"Hörmətli vəkillərimizin bədii materiala həssaslıqla, emosional şəkildə yanaşması və həmin materialı həqarət kimi qəbul etməsi çox üzücüdür. Bu, Beynəlxalq Coğrafiya Cəmiyyətinin "düzplanetçilərə" qarşı fikir bildirməsinə və ya onlarla polemikaya girməsinə bənzəyir. Vəkillik ədalət prinsipləri əsasında fəaliyyət göstərən, qərarlarını soyuqqanlı və obyektiv şəkildə verən, hərəkətlərini təmkinlə idarə edən bir peşədir.

Hörmətli vəkillərimizin "Əqrəb mövsümü - 2 dünya 1 olsa da" serialında hansısa sifariş xarakterli bir əməl, yaxud fikir axtarması, vəkillərin nəyəsə və kiməsə "alət edilməsi" düşüncələrini irəli sürməsi konspirologiyaya inanmalarına dəlalət edir. Bu da çox xoşagəlməz işdir. Əgər biz hüquq və qanunlardan danışırıqsa, burada konspirologiyaya yer vermək, ən yumşaq halda, qeyri-peşəkarlığın göstəricisidir. Müstəqillik tariximizdə "qansız həkim", "rüşvətxor hakim", "avara polis" olduğu kimi, "şərəfsiz rejissor" və "namussuz ssenaristlər" də var. Sadəcə qanunun aliliyi, karmanın ədaləti onları araşdırıb ortaya çıxarır və ədalət öz hökmünü oxuyur.

Sadaladığım vəzifə sahiblərinin yaxşıları və peşəkarları da varmı? Təbii ki, var. Və şükürlər olsun ki, onlar çoxluq təşkil edirlər! Son dövrlərdə aparılan kadr islahatları bunun bariz nümunəsidir. Böyüyən, inkişaf edən və sürətli urbanizasiyaya məruz qalan cəmiyyətimiz bu cür xoşagəlməz hallarla hələ tez-tez qarşılaşacaq. Bu bir təkamül prosesidir.

Seçilən
57
19
publika.az

10Mənbələr