AZ

A Seriyası: “Cenoa” “Venesiya”nı xalsız yola saldı

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 25-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Cenoa” “Venesiya”nı qəbul edib. Genuya təmsilçisi doğma meydanda inamlı qələbəyə sevinib.

Beləliklə, A Seriyasında mövsümün geridə qalmış 25 turundan sonra 56 xala malik “Napoli” vahid liderdir. Son çempion “İnter” 54 xalla ikinci pillədə qərarlaşıb. İlk üçlüyü 51 xala malik “Atalanta” qapayır. “Yuventus” və “Latsio”nun 46, “Fiorentina”nın 42, “Milan” və “Bolonya”nın 41, “Roma”nın 37, “Udineze”nin 33, “Cenoa”nın 30, “Torino”nun 28, “Komo”, “Kalyari” və “Leççe”nin 25 xalı var.

İtaliya, A Seriyası
25-ci tur
14 fevral

Bolonya – Torino 3:2
Qollar: Ndoye, 20; 70-pen. Biraqi, 90 – Vlaşiç, 37. E.Elmas, 65.

15 fevral

Atalanta – Kalyari 0:0

Latsio – Napoli 2:2
Qollar: İsaksen, 6. Dia, 87 – Raspadori, 13. Maruşiç, 64-öz qapısına.

Milan – Verona 1:0
Qol: S.Ximenes, 75.

16 fevral

Fiorentina – Komo 0:2
Qollar: Diao, 41. N.Pas, 66.

Montsa – Leççe 0:0

Udineze – Empoli 3:0
Qollar: Ekkelenkamp, 19; 65. Toven, 90.

Parma – Roma 0:1
Qol: Sule, 33.

Yuventus – İnter 1:0
Qol: Konseysao, 74.

17 fevral

Cenoa – Venesiya 2:0
Qollar: Pinamonti, 82. Korne, 86.

Seçilən
38
4
arena.az

5Mənbələr