AZ

La Liqa: “Barselona” “Rayo Valyekano”nu yendi, zirvəyə qayıtdı

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2024/2025-ci illər mövsümünün 24-cü turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Barselona” doğma meydanda “Rayo Valyekano” ilə üz-üzə gəlib. Kataloniya təmsilçisi bu oyunda penaltidən vurduğu yeganə qol sayəsində vacib 3 xal qazanıb və yenidən zirvəyə yüksəlib.

Belə ki, La Liqanın cari mövsümündə geridə qalmış 24 turdan sonra 51 xala malik “Barselona” birinci pillədə qərarlaşıb. Eyni xala malik Madrid “Real”ı ikinci, 50 xalı olan “Atletiko” isə üçüncüdür. “Atletik” 45, “Vilyarreal” 41, “Rayo Valyekano” 35, “Malyorka” 34, “Betis” və “Osasuna” isə 32 xal toplayıblar.

İspaniya, La Liqa
24-cü tur
14 fevral

Jirona – Xetafe 1:2
Qollar: Y.Errera, 54 – Uçe, 3; Mayoral, 62.

15 fevral

Leqanes – Alaves 3:3
Qollar: Raba, 10-pen; 37-pen. Əl-Haddadi, 88 – K.Qarsiya, 25. J.Hordan, 50-pen; 68.

Osasuna – Real 1:1
Qollar: Budimir, 58-pen – Mbappe, 15.

Atletiko – Selta 1:1
Qollar: Sörlot, 81 – Aspas, 68-pen.

Vilyarreal – Valensiya 1:1
Qollar: Qeye, 32 – U.Sadiq, 84.

16 fevral

Espanyol – Atletik 1:1
Qollar: C.Fernandes, 62 – Sanset, 77.

Valyadolid – Sevilya 0:4
Qollar: X.Sançes, 5; 67. İ.Romero, 45+1. Lukebakio, 84.

Malyorka – Las Palmas 3:1
Qollar: Muriqi, 7; 28. D.Rodriqes, 35 – Bayçetiç, 62.

Betis – Real Sosyedad 3:0
Qollar: Antoni, 51. Roka, 64; 69.

17 fevral

Barselona – Rayo Valyekano 1:0
Qol: Levandovski, 28-pen.

Seçilən
27
1
arena.az

2Mənbələr