AZ

Braziliyalı futbolçu oyundan öncə vəfat etdi

Braziliyanın 3-cü liqasında mübarizə aparan "XV de Jau" komandasının 26 yaşlı futbolçusu Qabriel Popo "Uniao Suzano" ilə oyundan bir neçə saat əvvəl məşq bazasında dünyasını dəyişib.

Fanat.Az “Footboom”a istinadən xəbər verir ki, futbolçuya tibbi yardım göstərilsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Poponun cəsədini otaq yoldaşı aşkar edib. Ölüm hadisəsinə görə "Uniao Suzano" ilə keçirilməli olan matç təxirə salınıb.

Hazırda polis futbolçunun ölüm səbəbini araşdırır.

Seçilən
17
fanat.az

1Mənbələr