AZ

"İlk görüşdə ağzımdan iy gəlirdi" - Tanınmış aktrisadan ETİRAF - FOTO

Məşhur türkiyəli aktrisa Sıla Türkoğlu qatıldığı proqramda maraqlı etiraflar edib.

Ölkə.az Milli.Az-a istinadən xəbər verir ki,aktrisa İbrahim Səlimin "YouTube" proqramında qonaq olub və ilk görüş xatirəsini danışıb.

Türkoğlu ilk görüşünə getdiyi gün detoks düşərgəsində olduğunu və dörd gün ac qaldığını bildirib. Sevgilisi Ata Ayyıldız onu ilk görüşə dəvət etdikdə, "Ağzımdan acından iy gəlirdi" deyə zarafat edib.

O, həmçinin həmin gün Ata Ayyıldızın da qəribə geyim tərzi seçdiyini vurğulayıb: "O, heç vaxt geyinməyəcəyi açıq-saçıq köynək geyinmişdi."

Proqramın aparıcısı və tamaşaçılar Türkoğlunun bu səmimi açıqlamasına gülərək reaksiya veriblər.

Qeyd edək ki, məşhur aktrisa "Kızılcık Şerbeti" serialında canlandırdığı "Doğa" obrazı ilə böyük populyarlıq qazanıb.

Seçilən
129
3
olke.az

10Mənbələr