AZ

ABŞ-da güclü fırtına 11 can aldı

ABŞ-ın Kentukki ştatında güclü fırtına nəticəsində ölənlərin sayı 11-ə çatıb. SİA xəbər verir ki, təbiət hadisəsindən zərər görən mindən çox insan xilas edilib. Fırtına nəticəsində Kentukki və Tennessi ştatlarında 20, Virciniyada isə 12 sm yağıntı düşüb. Şimali Karolina, Qərbi Virciniya, Merilend və Nyu-Cersi ştatlarında küləyin sürəti saatda 112 kilometrdən çox olub. Proqnozlara görə, şimal-şərqdə güclü külək daha 2 gün davam edəcək.

Seçilən
28
6
sia.az

8Mənbələr