Prezident Vladimir Zelenski hesab edir ki, ABŞ-ın ritorikasının məqsədi indi Kremlin diktatoru Vladimir Putini razı salmaq və hansısa sülh sazişinin bağlanmasını sürətləndirməkdir...
Poliqon xəbər verir ki, bu barədə o, ARD telekanalına müsahibəsində bildirib.
Zelenski gələcək sülh danışıqları zamanı Rusiyaya ərazi güzəştləri perspektivini şərh edərək, Ukraynanın hüquqi olaraq öz ərazilərindən imtina etməyəcəyini qeyd edib.
O, həmçinin ölkəsinin beynəlxalq hüququ pozaraq Rusiya tərəfindən işğal edilmiş və ilhaq edilmiş hissələrinin bir gün yenidən milli ərazinin bir hissəsi olacağına əminliyini ifadə edib
ABŞ-in müdafiə naziri Pit Heqsetin 2014-cü il sərhədlərinə qayıdışın Ukrayna üçün qeyri-real olduğuna dair sözlərini şərh edən Zelenski deyib ki, Pentaqonun rəhbəri təfərrüatlara varmalıdır. Düşünürəm ki, bunun üçün ona vaxt lazımdır.
“Birləşmiş Ştatlar bu gün Putinin həqiqətən bəyəndiyi sözlər deyir. Məncə, əsas budur. Çünki onun xoşuna gəlmək istəyirlər”, deyə dövlət başçısı qeyd edib.
Poliqon.info