AZ

Plastik əməliyyat ağılsızlığın göstəricisidir - Rəşid Mahmudovdan sərt sözlər

Tibb elmləri namizədi Rəşid Mahmudov qonaq olduğu "Qapqara" verilişində sərt tənqidlər səsləndirib.

Publika.az xəbər verir ki, homoseksuallıqdan söz açan Rəşid Mahmudov bildirib ki, kişilərin özlərini qadın kimi aparması xəstəlikdir:

"Qadınlarda və kişilərdə estrogen və testosteron hormonları ifraz olunur. Bunlar həm qadınlarda, həm də kişilərdə mövcuddur. Qadınlarda estrogen çox, testosteron isə azdır. Lakin kişilərdə estrogen az, testosteron çoxdur. Kişilərin cinsi orqanında testosteronla yanaşı, estradiol da ifraz olunur. O, çoxalmağa başlayanda kişilər özlərini qadın kimi aparırlar. Bu isə xəstəlikdir. Ancaq həmin hormonun səviyyəsini aşağı salmaq mümkündür".

Plastik əməliyyat etdirənləri qınayan Rəşid Mahmudov bunun artma səbəbini insanların savadsızlığı ilə əlaqələndirib:

"Onların çoxu formaya aldanırlar. Amma burunun yekə, qarının balaca olması gözəllik əlaməti deyil. Plastik əməliyyat ağılsızlığın göstəricisidir. Ora-buranızı kəsdirməyin, bu, normal hal deyil. Siz Allahdan ağıllı deyilsiniz".

Seçilən
29
13
publika.az

10Mənbələr