İraqın Səlahəddin vilayətində türk dilinə rəsmi status verilib.
Qərar Tuzla vilayətinin şura üzvünün təklifi əsasında qəbul edilib və bundan sonra yerli hakimiyyət orqanlarının rəsmi sənədlərində və qeydlərində türk dilindən istifadə olunacaq.
Qeyd edək ki, İraq türkmanları İraqın şimal-şərqində və mərkəzində tarixi torpaqlarında yaşayırlar.
Türkmanlar İraqda ərəblər və kürdlərdən sonra üçüncü ən böyük xalqdır.