Qazaxıstanın Ulıtau vilayətində çökmə baş verən mədəndə aparılan axtarış-xilasetmə işləri zamanı həlak olanların cəsədləri aşkar edilib.
Bizim.Media Qazaxıstan FHN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, cəsədlər yerin altından çıxarılaraq məhkəmə-tibbi ekspertizanın aparılması üçün polis əməkdaşlarına təhvil verilib.
Fevralın 17-də Jomart mədənində süxur çökməsi baş verib, nəticədə yeddi mədənçi dağıntılar altında qalıb.
Hadisənin səbəblərini araşdırmaq üçün xüsusi komissiyası yaradılıb, onun rəhbəri baş nazirin müavini Kanat Bozumbayev təyin edilib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta