ABŞ hərbçiləri Suriyada “Əl-Qaidə” terror qruplaşmasının liderlərindən birini öldürüb.
Ölkə.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp "Truth Social"da yazıb.
Bildirilib ki, ABŞ qüvvələri Suriyada Əl-Qaidə üzvünə dəqiq hava zərbəsi endirib. "Terrorçu lider bütün regionda Əl-Qaidə ilə işləyirdi", - o yazıb.
Tramp həmçinin ABŞ Mərkəzi Komandanlığının rəhbəri Maykl Kurilla və hərbi pilotları uğurlu əməliyyat münasibətilə təbrik edib.
Həmidə İbrahimova