"Ookla" analitik şirkəti 2025-ci il yanvar ayı üçün ölkələr üzrə internet sürətinin reytinqini açıqlayıb.
Day.Az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, cədvəldə həm mobil, həm də genişzolaqlı internet nəzərə alınıb.
Məlumata görə, Azərbaycan yanvar ayında mobil internetin sürətinə görə (70,65 Mbit/s) 54-cü yerdə qərarlaşıb. Genişzolaqlı internet sürətinə görə isə 90-cı yeri tutub.
Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri, genişzolaqlı internet sürətinə görə birinci yeri isə Sinqapur tutub.