AZ

Bu ölkədə dəhşətli qəza: Ən azı 31 nəfər ölüb

Boliviyada dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, Petosi şəhərindən yola çıxan avtobus Yocalla qəsəbəsində 800 metrlik uçurumdan aşağı yuvarlanıb.

Qəzada 31 nəfərin öldüyü, bəzilərinin ağır olmaqla 15 nəfərin yaralandığı bildirilir. Qəza yerinə çox sayda təcili yardım və yanğınsöndürmə briqadaları göndərilib.

Çətin relyef olduğu üçün axtarış-xilasetmə işləri də çətin gedir. Qəzanın hansı səbəbdən yarandığını bilmək üçün genişmiqyaslı araşdırmalar gedir.

Seçilən
50
48
publika.az

10Mənbələr