AZ

Nizamidə 16 yaşlı gənci avtomobil vurdu

Bakının Nizami rayonunda 16 yaşlı gənc yol qəzasında ağır xəsarət alıb.

Avtosfer.az report-a istinadən xəbər verir ki, 2009-cu il təvəllüdlü Cavadov Ravin Əbülfət oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyinin əzilməsi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

 

Seçilən
6
7
avtosfer.az

8Mənbələr