AZ

Arriqo Sakki: “Məşqçilik fəaliyyətinə qayıtmaq haqda düşünürəm”

İtaliya yığmasının və “Milan”ın keçmiş baş məşqçisi Arriqo Sakki məşqçilik fəaliyyətini bərpa etmək haqda düşünür.

Arena.az “Adnkronos” dərgisinə istinadən, 78 yaşlı italyan keçmiş mütəxəssin bu barədə fikrini təqdim edir:

“Mən məşqçilik fəaliyyətinə İtaliyada və ya xaricdə qayıtmaq haqda düşünürəm. Mənim çoxlu seçimlərim var. İtaliyada işləyə bilib-bilməyəcəyimi bilmirəm. Mən bu ölkəni çox sevirəm, amma bir eybim var – mən nə düşündüyümü deyirəm. Bəzən mənə, bizim haqqımızda nə düşündüyümü demək gərək olur, baxmayaraq ki, mən buna görə acıyıram. Mənim Braziliyada, Ardentina, İspaniya və digər ölkələrdə seçimlərim var”, deyə Sakki vurğulayıb.

Xatırladaq ki, Sakki 24 ildir ki, məşqçilik fəaliyyətindən uzaqdır. İtalyan mütəxəssis son dəfə 2001-ci ildə sükan arxasında olub.

Arriqo Sakki İtaliya futbolunun məşqçilik məktəbində xüsusi çəkiyə malikdir. İtalyan mütəxəssisin məşqçilik fəaliyyətinin zirvəsi “Milan”ın (1987-1991) və İtaliya yığmasının (1991-1996) adı ilə bağlıdır.

Sakki “skuadra adzurra” ilə 1994-cü ildə ABŞ-da keçirilmiş dünya çempionatının gümüş mükafatçısı olub. “Milan”la isə Sakki İtaliya A Seriyasını (1987-1988), İtaliya Super Kubokunu (1988), Avropa Çempionlar Kubokunu (1988/1989, 1989/1990), Avropa Super Kubokunu (1989, 1990), Qitələrarası Kuboku (1989, 1990) qazanıb, həmçinin İtaliya Kubokunun finalçısı (1989/1990) olub.

Seçilən
33
arena.az

1Mənbələr