
“Yeni Klinika” publik hüquqi şəxsi tibbi avadanlıqların təmiri ilə bağlı malların alınmasına və xidmətlərin göstərilməsinə 385 753 AZN xərcləyəcək.
Məumata görə, xəstəxana bu məqsədlə “Arash Medical Company” QSC ilə müqavilə bağlayıb.
Müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib. Ona görə də detallar açıqlanmayıb(Pravda).