Fevralın 18-də kriptovalyuta birjalarında "Bitkoin" ucuzlaşıb.
Bizim.Media xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 09:45-də “CoinMarketCap” platformasında 0.47% ucuzlaşaraq 95 710 ABŞ dolları təşkil edib.
Son bir gündə "Ethereum"un qiymətində isə artım müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 0.91% artaraq 2683 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan Tether son sutkada 0,01% bahalaşıb, XRP 2.15%, BNB isə 2.05% ucuzlaşıb.
Qeyd edək ki, "Bitkoin"in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta