AZ

Yüksək Liqada XI turun oyunları keçiriləcək

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün XI turun oyunları keçiriləcək.

Apasport.az xəbər verir ki, matçlardan ikisi Bakıda, biri Sumqayıtda gerçəkləşəcək.

Sumqayıt Olimpiya Kompleksində "Gənclər" "Xilasedici" ilə üz-üzə gələcək. Görüş saat 16:00-da start götürəcək.

Eyni saatda Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “Murov Az Terminal” MOİK-lə qarşılaşacaq. Saat 18:00-da isə eyni arenada "Neftçi" və "Azərreyl" münasibətlərə aydınlıq gətirəcəklər.

Qeyd edək ki, "Murov Az Terminal" hazırda 24 xalla liderdir. "Xilasedici" 23 xalla ikinci, "Azərreyl" 22 xalla üçüncü pillədə qərarlaşıb. "Neftçi" 15 xalla dördüncü, MOİK 5 xalla beşinci, "Gənclər" 1 xalla sonuncu - altıncıdır.

Azərbaycan Regional Voleybol Klublarının nümayəndələri ilə görüş keçirilib

Yüksək Liqada XI tura yekun vurulacaq

Yürksək Liqa: Autsayder səfərdə məğlub oldu

Yüksək Liqa: “Azərreyl”dən inamlı qələbə

“Azərreyl" “Milli Aviasiya Akademiyası”na qarşı

Seçilən
20
5
apasport.az

10Mənbələr