AZ

Bu şəxslərə pul mükafatı veriləcək

Vəzifə funksiyalarının nümunəvi icrasına və ya xidməti nailiyyətlərinə görə fərqlənmiş diplomatik xidmət orqanı əməkdaşlarına həvəsləndirmə tədbirləri tətbiq oluna bilər.

Publika.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Diplomatik xidmət haqqında qanun“da əksini tapıb.

Sənədə əsasən, həmin həvəsləndirmə tədbirləri aşağıdakılardır:

təşəkkür elan edilmə;

pul mükafatı;

qiymətli hədiyyə ilə mükafatlandırılma;

fəxri fərman ilə təltif edilmə;

növbəti diplomatik rütbənin vaxtından əvvəl verilməsi;

qüvvədə olan intizam tənbehi tədbirinin vaxtından əvvəl götürülməsi.

Seçilən
33
5
publika.az

10Mənbələr