AZ

Azərbaycanın xam neft satışından qazancı - İKİ DƏFƏDƏN ÇOX ARTIB

Bu ilin yanvar ayında Azərbaycandan 1 milyard 903 milyon dollar həcmində 3 milyon 461min ton xam neft ixrac edilib.

Azərbaycanın neft-qaz sektoruna bu il 5 mlrd. manatdan çox vəsait yönəldilib

FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, xam neft ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 1 milyard 40 milyon dollar və ya 2,2 dəfə, miqdar ifadəsilə isə 1 milyon 998 min ton, başqa sözlə 2,4 dəfə.

Qeyd edək ki, 2024-cü ilin yanvar ayı ərzində Azərbaycandan 863,4 milyon dollar dəyərində 1 milyon 462 min ton xam neft ixrac olunmuşdu.

Bu ilin yanva ayında Azərbaycanın ixrac etdiyi xam neftin 1 tonunun orta ixrac qiyməti 935 manat təşkil edib. 2023-cü ilin eyni dövründə isə bu rəqəm 1 004 manat idi. Bu da illik müqayisə ilə 69 manat  və ya 6,9% ucuzlaşma deməkdir.

Bu il ilk ayında ümumi ixracın 62,63%-i xam neftin payına düşüb.Ötən ilin eyni dövründə isə bu göstərici 46,83% olub.

Seçilən
14
1
fed.az

10Mənbələr