AZ

Dünyanın ilk homoseksual axundu küçənin ortasında güllələndi - ANBAAN GÖRÜNTÜLƏR

Cənubi Afrika Respublikasında (CAR) homoseksual olduğunu açıq elan edən ilk məscid imamı Muhsin Hendriks güllələnib.

Hurriyyet.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Şərqi Keyp əyalətinin Qebeha şəhəri ətrafında baş verib.

Polisin məlumatına görə, Hendriks sürücü ilə avtomobildə gedərkən başqa bir maşın yolu kəsib və oradan avtomatla silahlanmış iki nəfər çıxıb. Silahlı şəxslər məscid imamının olduğu avtomobilə yaxınlaşıb və ona atəş açıblar. Hendriks aldığı yaralardan hadisə yerində ölüb.

Cinayətin motivi hələlik məlum deyil. Din xadimi toy mərasimi keçirmək üçün Qebehaya gedirmiş.

Jurnalistlər əlavə edirlər ki, sosial şəbəkələrdə Hendriksi güllələyən silahlı şəxslərdən birinin maşına qayıdıb digər şübhəli şəxslə birlikdə getdiyini əks etdirən görüntülər yayılıb.

Seçilən
94
4
hurriyyet.az

5Mənbələr