"Şamaxı" Premyer Liqanın 23-cü turunun "Kəpəz"lə matçınddan əvvəl itki ilə üzləşib.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komanda isinmə hərəkətlərini yerinə yetirərkən Vasiliye Bakiç zədələnib. Onun əvəzinə Arsen Ağcabəyov start heyətdə yer alıb.
Vasiliye Bakiç cari mövsüm 17 oyunda meydanda olub. Arsen Ağcabəyov isə 23 görüşə çıxıb, 1 qol vurub.