AZ

Gürcüstanda xarici agentlər haqqında yeni qanun layihəsi hazırlayır

“Gürcü Arzusu” partiyası bu həftə ABŞ-də qüvvədə olan FARA (Foreign Agents Registration Act) qanununa oxşar təşəbbüs irəli sürəcək.

Tribunainfo.az  yerli KİV-ə istinadən xəbər verir ki, bunu Gürcüstanda hakim partiyanın icraçı katibi Mamuka Mdinaradze brifinqdə bildirib.Xatırladaq ki, Gürcüstanda xarici agentlər haqqında qanun 2024-cü ilin mayında qəbul edilib. ABŞ-dən fərqli olaraq, bu qanun fiziki şəxslərə aid deyil. O, gəlirlərinin 20 %-dən çoxu xaricdən daxil olan qeyri-kommersiya hüquqi şəxsləri və KİV-lərə aiddir. Bu cür təşkilatlar hər il yanvar ayında Ədliyyə Nazirliyinə gəlir və xərcləri barədə bəyannamə təqdim etməlidirlər. Bu öhdəliyi yerinə yetirmədikləri təqdirdə cərimələnəcəklər.

ABŞ-də qüvvədə olan xarici agentlər haqqında qanun cərimədən əlavə beş ilədək həbs cəzası da nəzərdə tutur.

Seçilən
22
8
tribunainfo.az

9Mənbələr