AZ

ABB rəqəmsal bankçılıqda liderdir!

Bakı. Trend:

Bankların rəqəmsal inkişaf səviyyəsinin müəyyənləşdirilməsisahəsində dünyanın ən böyük araşdırması olan "Deloitte DigitalBanking Maturity 2024" (DBM-2024) hesabatı yayılıb. Müştərilərə ənyaxşı rəqəmsal təcrübə təqdim etməyi əsas strateji hədəflərindənelan etmiş ABB də hesabatın nəticələrinə görə müxtəlif meyarlarəsasında ölkə üzrə lider mövqedə qərarlaşıb.

DBM hesabatlarının hazırlanmasında məqsəd bankların rəqəmsalkanallar üzrə inkişaf səviyyəsini ölçmək, onları qlobal və regionalsəviyyədə müqayisə etmək, ən yaxşı təcrübələri ortayaçıxarmaqdır.

Araşdırmalarda bankların müştəriyönümlü rəqəmsal strategiyaları,innovativ həll yolları və rəqəmsal xidmətlərdə üstünlük verdikləriəsas trendlər təhlil olunur. Beləliklə, bankların hansıstrategiyalarla uğur qazandıqları göstərilir. Eyni zamanda,innovativ texnologiyaların bank sektoruna təsirlərinə diqqətyönəlir.

Araşdırmalar ölkələr və regionlar üzrə böyük, orta, kiçikbankların rəqəmsal təcrübələri əsasında aparılır. Məlumatlar kənarvə müstəqil qiymətləndiricilər tərəfindən 1005 funksionallıq üzrəmüştəri təcrübələrinə əsaslanan açıq mənbələrdən toplanır. Bufunksionallıqlar həmçinin, bankların rəqəmsal kanallarını, yənimobil bankçılığı, İnternet Bankçılığı da əhatə edir.

DBM-2024 araşdırması dünyanın 44 ölkəsindən 349 bankı əhatəedib. Bu zaman 6 əsas istiqamət üzrə suallar cavablandırılıb. Bura“Məlumatlılıq, “Hesab açmaq”, “Müştəriyə tanıtım”, “Gündəlikbankçılıq”, “Bankdankənar xidmətlər”, “Hesabın bağlanması”istiqamətləri daxildir.

Bu istiqamətlərin hər biri üzrə toplanmış ümumi ballara əsasən,rəqəmsallaşma sahəsində lider bankların qlobal reytinqi hazırlanıb.ABB də müxtəlif meyarlar üzrə ən yüksək balları toplayaraq ölkəüzrə lider banklar qrupunda qərarlaşıb.

DBM-2024 hesabatı və araşdırmanın ümumi nəticələrini şərh edənməqalə ilə buradan tanış ola bilərsiniz.

ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədəməlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internetsəhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmiFacebook səhifəsindən əldə etmək olar.

Seçilən
13
12
az.trend.az

10Mənbələr