"Rabitəbank" ASC tender elan edir!
Tenderin adı:“Dell Data protection 4400 avadanlığı üçün əlavə 24TB lisenziyasının alışı”
Tenderin elan tarixi: 17.02.2025
Tenderin son tarixi: 26.02.2025, saat 13:00.
Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcək:
-
İştirakçı şirkətin bu sahədə təcrübəsi (ixtisas uyğunluğu) və xidmət göstərdiyi şirkətlər bazasının təqdim edilməsi (referanslar)
-
İşin icra müddəti qeyd edilməsi mütləqdir
-
Zəmanət müddəti və texniki dəstək şərtlərinin uyğunluğu
-
Tələblərə uyğun olan ən aşağı qiymətin verilməsi
Tenderdə iştirak etmək üçün tələb olunan sənədlər:
-
Tender təklifini təqdim edən şirkətin aidiyyəti sahə üzrə portfeli
-
Hüquqi sənədlər (Nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri
-
Məxfilik müqaviləsi (Tenderdə iştirakını təsdiq edən şirkətlərə e-mail vasitəsilə göndəriləcək)
-
Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
-
Tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır. Təkliflər imzalanmış və möhürlənmiş halda qapalı zərfdə yuxarıda qeyd edilən müddətədək (Bakı şəh., AZ 1010, 28 May küç. 33) ünvanına göndərilməlidir.
-
Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər [email protected] elektron ünvanına və ya (+99450) 270 72 20 nömrəsinə müraciət edə bilərlər.