AZ

Mask: "Gələn il Marsa süni intellektli robotlar göndərəcəyəm"

Bu barədə o, X sosial şəbəkəsində məlumat yayıb.

Mask bir milyon insanı Marsa göndərmək istəyir
Mask Yerdən Marsa olan uyğun səyahətin 26 ayda bir dəfə mümkün olmasını da xatırladıb. Marsa uçuş məsafəsini qısaldan növbəti belə fürsət isə gələn ilin noyabrında olacaq.

"Əgər hər şey yaxşı olarsa, SpaceX Marsa avtonom işləyən və "Grok" süni intellekti ilə təchiz olunmuş robotları "Starship" gəmiləri ilə göndərəcək",- o yazıb.

Qeyd edək ki, iş adamı fevralın 18-də xAI tərəfindən hazırlanmış "dünyanın ən ağıllı süni intellekti" adlandırdığı Grok 3-ü təqdim etdi. Bu,çatbotun yeni və daha təkmil versiyası sayılır. Sınaqlar zamanı o, riyaziyyat, proqramlaşdırma və elmi hesablama sahələrində GPT-4o, Claude 3.5 Sonnet, Gemini-2 Pro və DeepSeek-V3-dən üstün olub.
Tural Tağıyev
AzVision.az

Seçilən
42
azvision.az

1Mənbələr