AZ

Rövşən Rüstəmov müdiri özünə müşavir götürdü, iki nəfəri isə... - QSC-də dəyişikliklər

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov yeni təyinatlara imza atıb.

Mia.az xəbər verir ki, onun əmriylə Hüquq departamentinin müdiri Nicat Quliyev ADY sədrinin müşaviri təyin olunub.

ADY-nin Hüquq departamentinin rəhbəri vəzifəsinə isə departamentin müdir müavini Türkan Yusibova gətirilib.

Bundan başqa, qurumun Risklərin idarə edilməsi və daxili nəzarət departamentinin rəhbəri postuna isə Əsəd Məmmədov təyinat alıb.

MİA.AZ

Seçilən
32
3
mia.az

4Mənbələr