Bakı. Trend:
Şahdəniz Kompressiya platforması digər doqquz platformadanfərqli olaraq, ilk insansız platforma olacaq.
Trend-inməlumatına görə, bunu Şahdəniz Kompressiya (ŞDK) layihəsinin ƏtrafMühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi(ƏMSSTQ) sənədinin layihə variantını müzakirə etmək üçünictimaiyyətlə görüşdə layihə meneceri Elşad Məhərrəmli deyib.
"Bu platformada həm xərcləri azaltmaq, həm də yenitexnologiyalardan istifadə edərək, bir ilki Azərbaycana gətiririk.İldə iki dəfə 6 aydan bir olmaqla, 15 gün işçilər gəlib texnikiişləri həyata keçirəcək. Gəmi vasitəsilə gələrək, texniki xidmətiyerinə yetirəcək. Burada helikopterlərlə giriş də nəzərdətutulmayıb.
Gəmilərin çarpışması riskinin qarşısını alınması məqsədiləplatforma sərhədində 500 metrlik qadağan olunmuş zonayaradılıb.
Bu layihədə sıxışdırılmış qazın hazırkı boru kəmərlərinəbirləşdirilməsi nəzərdə tutulur. Hazırkı kəmərlərdən istifadəedərək, qazı Səngəçal terminalına yollayacağıq", - o əlavəedib.