Səbail Bələdiyyəsi rayon sakinləri üçün qəbul keçirilib -Fotolar
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin həlli ilə bağlı göstərişinə uyğun olaraq paytaxtın Səbail rayonunda sakinlər üçün fevral ayı üzrə növbəti qəbul keçirilib.
aia.az xəbər verir ki, Səbail Bələdiyyəsinin sədri Hacı Əliyev sakinlərdən təklif və müraciətləri bərədə ətraflı məlumat verməyi xahiş etmişdir. Öncə söz alan Səbail rayonunun sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə vətəndaşların mütəmadi qəbuluna dair tapşırığına görə dərin minnətdarlığını ifadə etdilər. Daha sonra Səbail rayonunun sakinləri mənzil növbəsi, qurumuş ağacların budanması, maddi yardım, qış mövsümündə mənzillərin istiliklə təminatı, küçələrin işıqlandırılması və müxtəlif sosial məsələləri əhatə edən digər mövzular qaldırdılar.
Bələdiyyə Sədri Hacı Əliyev qəbul zamanı müraciət edən rayon sakinlərini dinləyərək onların problemlərinin aradan qaldırılmasına dair bir sıra konkret göstərişlər verdi. Bəzi məsələlər yerindəcə həll edildi, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürüldü