AZ

Baku TV 7 yaşını qeyd edir

Azərbaycan televiziya məkanında özünəməxsus yeri olan Baku TV yeddi yaşını qeyd edir.

"Unikal" xəbər verir ki, 2018-ci il fevralın 18-də fəaliyyətə başlayan televiziya kanalı ötən 7 il ərzində dinamik inkişaf yolu keçib.

Hər zaman Azərbaycan vətəndaşlarının marağını nəzərə alan Baku TV ölkədə və dünyada baş verən siyasi, sosial və iqtisadi hadisələri operativ, obyektiv və peşəkar şəkildə öz izləyicilərinə çatdırır.

Baku TV rəngarəng, zəngin, maraqlı, operativ və dəqiq məlumatlar çatdırmaqla tamaşaçı sevgisi və etimadını qazanıb. Bu gün kanal canlı yayımlar, xəbər süjetləri, müsahibələr, araşdırmalar, eləcə də analitik təhlillər və müəllif proqramları ilə ölkənin ən çox izlənilən kanalları siyahısındadır. Hazırda televiziyanın gündəlik, həftəlik və aylıq yayımlanan müxtəlif janrlarda 20-dən çox verilişi var.

Həm yerli, həm də beynəlxalq miqyasda izləyicilərinə faktlara əsaslanan, şəffaf və balanslı xəbərlər təqdim edən Baku TV-ni bütün yerli provayderlər, eləcə də “Azərspace” peyki vasitəsilə Avropa və Asiyada izləmək mümkündür.

Seçilən
39
4
unikal.az

10Mənbələr