AZ

Azərbaycan beynəlxalq müstəvidə etibarlı və strateji tərəfdaş kimi tanınır- ÖZƏL

"Azərbaycan regionda etibarlı strateji tərəfdaş nüfuzuna sahib olan dövlət olaraq hər zaman balanslaşdırılmış siyasət həyata keçirməkdədir. Ölkəmiz beynəlxalq müstəvidə etibarlı və strateji tərəfdaş kimi tanınır". "Olaylar" xəbər verir ki, bunu YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev deyib: "Dövlətimizin nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi bu inamın göstəricisidir. Beynəlxalq əlaqələrimizin möhkəmləndirilməsində ikitərəfli ticari-iqtisadi əlaqələrin inkişafı məqsədilə keçirilən iclaslar da böyük əhəmiyyət kəsb edir.

Müasir dünya siyasətində etibarlı tərəfdaş kimi tanınan, Cənubi Qafqaz regionunun lider ölkəsi olan Azərbaycan həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Respublikamızın xarici siyasətinin səciyyəvi xüsusiyyətlərindən biri bu strateji kursun müstəqillik və suverenlik prinsiplərinə əsaslanmasıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
9
olaylar.az

1Mənbələr