2024-cü ilin ilkin məlumatlarına görə, Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən illə müqayisədə 8,1% artaraq 1 009 manat olub.
Referans.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, neft-qaz sektorunda orta aylıq əməkhaqqı 3 729 manat, qeyri-neft sektorunda isə 959 manat təşkil edib.
Dövlət müəssisələrində çalışanların orta maaşı 975 manat, özəl sektorda isə 1 044 manat olub. Ən yüksək maaş mədənçıxarma sənayesində qeydə alınıb – bu sahədə çalışanlar orta hesabla 3 564 manat əməkhaqqı alıblar.
Ən aşağı maaş kənd, meşə təsərrüfatı və balıqçılıq sahəsində qeydə alınıb - bu sahədə çalışanlar isə orta hesabla 589 manat əməkhaqqı alıblar.
/valyuta.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta