AZ

İssık-Kulda qış festivalı keçirilib

Bakı, 18 fevral, AZƏRTAC

Qırğızıstanın İssık-Kul vilayətində qış festivalı keçirilib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Kabar agentliyi məlumat yayıb. Bildirilib ki, festivalda təkcə yerli sakinlər deyil, bəzi turistlər, media nümayəndələri və blogerlər də iştirak ediblər.

Festival “Manas” dastanı və milli musiqi alətlərində konsert proqramı ilə başlayıb. Milli oyunlar təqdim edilib.

Seçilən
35
49
azertag.az

10Mənbələr