Fransa prezidenti Emmanuel Makronun Afrika ölkələrinə qarşı yürütdüyü yanlış siyasət Parisin Əlcəzairin ərzaq bazarından sıxışdırılmasına və Rusiyanın oraya daxil olmasına səbəb olub...
Poliqon xəbər verir ki, bu barədə L'Opinion qəzeti məlumat yayıb.
Məqalədə qeyd olunur ki, 10 il ərzində Paris Əlcəzairə ən böyük ərzaq tədarükçüsü olub. 2022-ci ildə Fransa tədarükləri artıq ikinci yeri tutub və keçən il Fransadan ixrac rekord həddə azalıb. Beləliklə, son 7 il ərzində Fransa taxılının tədarükü dörd dəfə azalıb.
Bu inkişaf Makronun Qərbi Sahara ilə bağlı mübahisədə Mərakeş Krallığını dəstəkləməsi sayəsində mümkün olub. Nəşr vurğulayır ki, Rusiya vəziyyətdən məharətlə istifadə edərək, Əlcəzairə taxılın 90%-nin tədarükçüsünə çevrilib.
Poliqon.info