AZ

Yassin Benzia: "Qurban Qurbanov mənə, mən də ona güvənirəm"

"Qarabağ"ın yarımmüdafiəçisi Yassin Benzia gələcək karyerası haqqında danışıb.

“Qarabağ”ın futbolçusu Yassin Benzia Azərbaycan Premyer Liqasının 23-cü turunda səfərdə “Neftçi”yə 1:0 hesabı ilə qalib gəldikləri matçla bağlı fikirlərini bölüşüb.

"Operativ Media" xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi “CBC Sport” kanalına açıqlamasında bunları deyib:

“Təəssüratlarım əladır. Çünki biz qələbə qazandıq. Azlıqda qalsaq da, “Qarabağ”ın ruhunu göstərməyi bacardıq. Baş məşqçinin fasilədə dediklərini icra etməyə çalışdıq. Çünki risk etməli idik. Düşünürəm ki, yaxşı oynadıq və bu qələbəyə layiqincə qazandıq”.

Əlcəzair millisinin üzvü “Neftçi”də xüsusi bir dəyişiklik hiss etmədiyini bildirib:

“Sadəcə olaraq, biz azlıqda qaldığımız üçün matç belə alındı. Bu qarşılaşmanı 11 nəfərin 11 nəfərə qarşı oyunu kimi təhlil edə bilmərik. Heç vaxt rəqib barədə düşünmürük. Əsas diqqətimizi öz oyunumuza yönəldirik. Yaxşı qələbə qazandıq”.

Benzia ona Qətər klubundan gələn təklif haqda sualı da cavablandırıb:

“Bu barədə heç bir fikrim yoxdur. Hazırda “Qarabağ”la danışıqlar aparırıq. Görək necə olacaq. Buranı çox bəyənirəm. Baş məşqçi mənə güvənir, mən də ona. Gələcəkdə nə baş verəcəyini görəcəyik”.

Seçilən
8
1
operativmedia.az

3Mənbələr